NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 145
ABŞ İran və Türkiyə şirkətlərinə sanksiya tətbiq edib

ABŞ İran və Türkiyə şirkətlərinə sanksiya tətbiq edib

ABŞ İranın və Türkiyənin bir sıra fiziki və hüquqi şəxslərinə və eləcədə İranın bir sıra aviaşirkətlərinə sanksiya tətbiq edib.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamentinin sanksiyalarla bağlı ötən günkü qərarı Beynəlxalq Atom Enetjisi Agentliyinin İranın nüvə sazişinə əməl etməsini ehtiva edən növbəti hesabatının çıxdığı zamana təsadüf edib.

 

Məlumata görə ABŞ Xəzinədarlıq Departamenti bu dəfə sanksiyaları İranın “Mahan Air”, ”Caspian Air”, “Meraj Air”, “Pouya Air” aviaşirkətləri və onlara aid 31 təyyarəyə tətbiq edib. Həmçinin sanskiyalar İranın daha iki aviaşirkəti “Blue Airways” və “Dena Airways” -ə də şamil edilib.

 

ABŞ həmçinin türkiyəli Gülnihal Yeganə adlı vətəndaşa və onun 3 şirkətinə (Trigron Lojistik ،RA Havacilik ،3G Lojistik ) də sanskiya tətbiq edib.

 

Sanksiya daha bir türk şirkəti “Otik Aviation”a da şamil edilib.

 

ABŞ xarici işlər naziri Mark Pompeo ötən günkü çıxışında bu sanksiyaların daha da şiddətlənəcəyini bildirib.

 

Bu birtərəfli sanksiyalar elə bir zamana təsadüf edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirib.

 

Mark Pompeo ötən gün bu sanksiyaları İranın nüvə və ballistik proqramı və habelə ” terroru dünyaya ixrac etməsi” ilə əlaqələndirib, hal bu ki, İran bölgədə İŞİD-lə və ən-Nusra ilə mübarizə aparan ölkələrin önündə gedir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system