NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-İran müharibəsi haqda davamlı dezinformasiya yaymaq kimlərin marağındadır?

Oxundu: 634
ABŞ-İran müharibəsi haqda davamlı dezinformasiya yaymaq kimlərin marağındadır?

Elyar Nəzərov: “Amerikanın Yaxın Şərqdə, o cümlədən İranla münasibətlərində apardığı çirkin siyasətdə sionizmin izi açıq-aşkar müşahidə edilir”

 

ABŞ-ın İrana qarşı müharibəyə başlayacağı barədə məlumatlar davamlı olaraq gündəmdədir. Bir çox hallarda savaşın başlanması ilə bağlı konkret zaman da göstərilir. Hərçənd, indiyədək həmin tarixlərin hamısı yalan çıxıb.

 

Qeyd edək ki, İran dinc məqsədli nüvə proqramına görə Amerikanın iqtisadi sanksiyalarına məruz qalsa da, Barak Obamanın hakimiyyəti dövründə iki ölkə arasında yaxınlaşma müşahidə edilməyə başladı. Hətta “altılıq” ölkələri ilə İran arasında nüvə danışıqları istiqamətində əldə olunan razılaşmalar yekun sazişə doğru irəliləyirdi. Lakin Donald Tramp prezident kürsüsünə oturandan sonra Vaşinqtonun Tehranla imzalanan nüvə sazişindən çıxdığını rəsmən elan etdi. Bunun ardınca ABŞ-İran münasibətləri yenidən gərginləşdi.

 

Son vaxtlar mövcud gərginlik fonunda Amerikanın İrana qarşı hərbi hücumundan tez-tez bəhs edilsə də, rəsmi Vaşinqton bəyan edir ki, müharibə planlaşdırmır. Bu barədə ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahanın bəyanatını xatırladaq: “Söhbət müharibədən getmir. Biz müharibə etmək niyyətində deyilik. Məsələ bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən və missiyalarımızın həyata keçirilməsindən gedir”.

 

Donald Tramp isə ordu-müdafiə sənayesi arasındakı əlaqədən ötəri ABŞ-ın daxil olduğu müharibələrin heç bitməsini istəməyən bir kəsimin olduğunu bildirib. 
Amerikanın “Fox News” televiziyasına müsahibə verən Tramp, onu “İrana qarşı müharibəyə təhrik edənlərdən” gileylənib.ABŞ prezidenti, nüvə razılaşmasını bitirərək, sanksiyaları geri gətirdiyini, ancaq İranla müharibəyə girmək istəmədiyini söyləyib.


Göründüyü kimi, ABŞ prezidenti Tramp da, ölkənin müdafiə naziri də İranla müharibə etmək niyyətində olmadığını bildirirlər. Belə isə davamlı olaraq İranla genişmiqyaslı savaşın başlayacağı haqda informasiyaları yaymaq kimlərin və nə üçün marağındadır?

 

Mövzu barədə “İslamınSəsi”nə Azərbaycan İslam Partiyasının (AİP) funksioneri, Yaxın Şərq məsələləri üzrə ekspert Elyar Nəzərov danışdı: “Bismillahir Rəhmanir Rəhim. Xalq müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətidir. Dünyada Amerikanın apardığı müharibələrə,qarətlərə, təhdidlərə görə sadə ABŞ xalqını da günahlandıra bilərikmi? Məncə, tam mənası ilə xeyr. Ona görə ki, sadə xalq və ağıllı düşüncə sahibləri Amerika hakimiyyətinin apardığı imperiya siyasətilə heç də razı deyil. ABŞ hökumətinin bu cür siyasət aparmasının başlıca səbəbi isə hakimiyyət sisteminin beynəlxalq sionizmin tam nəzarəti altında olmasıdır. İstər Yaxın Şərqdə və ya dünyanın digər yerlərində,o cümlədən İranla münasibətlərində apardığı çirkin siyasətdə bunu açıq-aşkar müşahidə etmək olar.

 

Yəməndə Səudiyyə rejimi vasitəsilə həyata keçirdiyi soyqırımı və beynəlxalq hüquqları ayaq altına atması dediklərimə sübutdur. Maraqlısı da budur ki, ABŞ-da prezident və ölkənin müdafiə naziri səviyyəsində İranla müharibə etmək niyyətində olmadığı bildirilsə də, yəhudi lobbisinin təsiri altında olan KİV-lər beynəlxalq aləmə bunun tam əksini yayırlar. Nəticə etibarı ilə burda ancaq beynəlxalq sionizmin və İsrail rejiminin maraqları güdülür. Məhz o baxımdan sadə amerikalıların öz hakimiyyətlərinin, xüsusən də mason-sionist qüvvələrinin təsiri altında olduğunu müşahidə edirik. Bu vəziyyətdən cıxmaq ücün dünyanın sülhsevər xalqları birləşməli və beynəlxalq sionizmə müqaviməti artırmalıdırlar.

 

Biz də beynəlxalq sionizmdən əziyyət cəkən müsəlman Azərbaycan xalqı olaraq yaxşı bilirik ki, Qarabağın azadlığı Fələstin torpaqlarının azadlığından kecir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system