ABŞ-ın yerdəyişmə oyunu – Akif Heydərli yazır

Oxundu: 134
ABŞ-ın yerdəyişmə oyunu – Akif Heydərli yazır

Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinin yerdəyişmə oyunu qitənin bölgədə illər öncə hazırladığı strateji planın bitmədiyini göstərir.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrin bu ilin fevral ayında bildirdiyinə görə, Birləşmiş Ştatların hərbi qüvvələrinin dekabr ayına kimi Suriyadan çıxarılması planlaşdırılırdı. Prezident Donald Tramp isə Türkiyənin Suriyaya hərbi müdaxiləsi - “Sülh çeşməsi” hərəkatı çərçivəsində Fəratın şərqinə doğru əməliyyatlara başlanması öncəsi “Amerika hərbi qüvvələrinin evə qayıtmaq zamanı yetişmişdir,”- deyə açıqlama verdi.

 

Hazırda müşahidə olunan odur ki, Suriyadan çıxış nə dekabr ayına qaldı, nə də hərbi qüvvələr evə qayıtmalı oldu. Suriyanın Hələb və Rakka vilayətlərində məskunlaşan ABŞ-ın ən geniş hərb kontigentlərinin əsgərləri malik olduqları hərbi texnika ilə bərabər İraq istiqamətində hərəkət edirlər. Trampın Türkiyənin “Barış pınarı” hərəkatı ilə bağlı Ərdoğanla sövdələşmələrində və vitse-prezident Maykl Pensin Ankarada apardığı danışıqlarda atəşkəsin elan olunmasında Amerikanın başlıca məqsədinin İŞİD qalıqlarının və kürd hərbi liderlərinin döyüş bölgəsindən uzaqlaşdırılması və çıxarılaraq İraqa daşınması aşkar nəzərə çarpır. Bu, həm də Trampın Suriya məsələsində ona edilən təzyiqlərə rəğmən sığortası kimi başa düşülməlidir. Eyni zamanda terrorçu liderlərin İraqa yerləşdirilməsi Amerika üçün daha məqsədəuyğundur. Donald Trampın ilin əvvəlində dediyi kimi, məqsəd bu qüvvələrdən lazım gələndə Suriyada yenidən istifadə edə bilməkdir.

 

Əvvəlcədən hazırlanan bu təxribat xarakterli ssenariyə xidmət edən Bağdaddakı dron partlayışı, İraqın könüllü hərbi polisinin bazalarına dağıdıcı müdaxilə, terrorlar Amerika hərbi qüvvələrinin ölkə ərazisində mövcudluğuna bir “zərurət” yaratmaq niyyəti güdürdü. Və agah insanlar İraq və həm də region üçün bu xeyirsiz, dinc insanlara fəlakət gətirən, qoynunda dağıdıcı terrorçuları bəsləyən şər qüvvələrin xəbis niyyətli caynaqlarından ölkəni xilas etməyə çağırışlar edirlər. Böyük din alimi Ayətullah  Hairinin “ABŞ qüvvələrinin İraqda olması haramdır” fətvasına hadisələrə uzaqgörən və ən optimal bir yanaşmanın nəticəsi kimi baxılmalıdır. Bu gün regionun xilası, məncə, terroru dəstəkləyən ABŞ və qitə hərbçilərinin müqəddəs torpaqlardan təmizlənməsindən asılıdır. Çünki ABŞ hərbi bazalarının və əsgərlərinin regionda yerdəyişmə planı qitənin İraqda, Suriyada illər öncə hazırladığı strateji planın hələ bitmədiyini göstərir.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system