ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib - FOTO

Oxundu: 65
ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib - FOTO

İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) ABŞ tərəfindən terrora məruz qalan rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin xələfi müəyyənləşib.

Sumariya Agentliyi xəbər verir ki, bu barədə Haşd-Şabi Qüvvələri Şurasının sədr müavini Əbu-Əli əl-Bəsri İraqın dövlət xəbər agentliyinə açıqlama verib.

 

Haşd-Şabi mənbəsi bildirib ki, ABŞ-ın terror etdiyi şəhid Əbu-Mehdi əl-Mühəndisin yerinə Əbdüləziz Əbu-Fədək təyin edilib.


Məlumata görə İraqın Silahlı Qüvvələrinin baş komandanı iki gün ərzində Əbdüləziz Əbu-Fədəkin yeni vəzifəyə təyin edilməsini imzalayacaq.


Qeyd edək ki, ABŞ ötən ayın 3-ü Bağdad hava limanı yaxınlığında Qasim Süleymani ilə birgə 8 iraqlı və iranlı hərbçini də terror etmişdi. Şəhidlər arasında İraqın Haşd-Şabi Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndis də olub.


Bu terror addımından sonra İraq parlamenti əcnəbi qüvvələrin ölkədən çıxmasına səs verib./SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system