DÜNYA

Oxundu: 170
ABŞ-ın Suriyaya hücumu əvvəl İsraili sevindirdi, daha sonra narahat etdi - Maraqlı səbəb

ABŞ-ın Suriyaya hücumu əvvəl İsraili sevindirdi, daha sonra narahat etdi - Maraqlı səbəb

ABŞ, Britaniya və Fransanın ötən həftənin şənbə günü Suriyaya bir neçə saatlıq təcavüzündən sonra Rusiya bəyan edib ki, S-300 zenit raket komplekslərini və sairləri verməklə Suriyanın havadan müdafiəsini möhkəmləndirəcək.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, son günlərdə İsrail rəsmilərinin narahatlığı ondan xəbər verir ki, Rusiyanın, S-300 sistemlərini birbaşa Suriyaya verməsi Təl-Əvivi ciddi şəkildə narahat edib.

 

İsrailin Yeddinci telekanalı rəsmilərdən birinə istinadla bildirib ki, Təl-Əviv, S-300 havadan müdafiə sistemlərinin Suriyaya verilməsinə görə narahatlığını Moskvaya çatdırıb və bunu qırmızı xətt adlandırıb.

 

Qeyd edək ki, Suriyanın havadan müdafiəsi iki ay öncə İsrailin bir ədəd F-16 təyyarəsini vuraraq salmışdı. Ona görə İsrail təyyarələri bir neçə ildir Suriya hava məkanına girməkdən çəkinir və əsasən Livan səmasından Suriyanı hədəfə alırlar.

 

Suriya Ordusunun əlində olan hazırkı havadan müdafiə sistemləri 30 il bundan öncəki texnalogiyaya malikdir. Onların çoxu 30 il öncə istehsal edilən Sovet İttifaqı məhsullarıdır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu komplekslər ötən həftə ABŞ və müttəfiqlərinin atdığı 110 raketdən 71-in vurub.

 

S-300 sistemlərinin Suriyaya verilməsi, bundan sonra Suriyaya təcavüz etmək istəyən hər bir qüvvə üçün ciddi maneə ola biləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system