NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın Suriya uğrunda mübarizəsi fiaskoya uğramaqdadır

Oxundu: 462
ABŞ-ın Suriya uğrunda mübarizəsi fiaskoya uğramaqdadır

Ərəb dünyasının siyasi elitası ərəb xalqının milli maraqlarına xəyanət edir

Suriyada vəziyyət getdikcə gərginləşir. Qərb dövlətləri, xüsusilə də ABŞ hökuməti ölkədəki ağır durumun nisbətən yüngülləşməsinə belə əngəl olmaq üçün sanksiyalar tətbiq edir, bu və digər istiqamətdə müəyyən siyasət həyata keçirirlər. Hər halda problemin nə sülh, nə də savaş yolu ilə həll edilməsi cəhdləri hələ ki, müşahidə olunmur. Bunun əvəzində NATO dövləti olan Türkiyə daha çox fəallıq göstərməkdədir. Maraqlıdır, bu fəallığın arxasında müsəlman ölkələrini bir-birinə qarşı qoymaq istəyi durmurmu? Bu baxımdan Ərəb Dövlətləri Liqasının məsələyə münasibəti də maraqlıdır.

 

Heç kəsə sirr deyil ki, Türkiyənin yaranmış vəziyyətdən istifadə edərək, Suriyaya münasibətdə həyata keçirdiyi siyasət, zamanında Osmanlı imperiyasının ərəb dünyasındakı mövqelərinin yenidən bərpasına yönəldilib. Yəni Ərdoğan gözəl başa düşür ki, hazırda Yaxın və Orta Şərq uğrunda geosiyasi rəqabət yeni bir mərhələyə daxil olub. Məsələ bundadır ki, Birləşmiş Ştatların yeni dünya düzəninə qarşı çıxan dövlətlər birliyi var. Onlar, xüsusilə də Çin, Rusiya, İran və digər geosiyasi güc mərkəzləridir.

 

Türkiyə Suriya ilə bağlı ilk növbədə Birləşmiş Ştatlarla razılaşdırılmış siyasət həyata keçirir. Məqsəd isə Suriyada mövcud hakimiyyəti yıxmaq, İranın və Rusiyanın təsir imkanlarını minimuma endirmək, bölgəni tamamilə NATO-nun nəzarətinə verməkdən ibarətdir. Təbii ki, ərəblərin hakimiyyətdən uzaqlaşdırılması həm də prinsip etibarilə İranın təcrid olunmasına və artıq bu dövlətə qarşı sanksiyaların daha fərqli müstəvi üzərinə gətirilməsinə, perspektivdə isə hərbi əməliyyatların başlanmasına yönəlib.

 

Ərəb Liqası ölkələrinin Suriyadakı proseslərlə bağlı siyasətinə gəlincə, bu dövlətlərin böyük əksəriyyəti Birləşmiş Ştatlarla, Qərblə strateji müttəfiqlik münasibətlərinə malikdir. Hətta məlum olduğu kimi, Səudiyyə Ərəbistanının ərazisində ABŞ-ın hərbi kontingenti də var. Xatırladaq ki, Rusiyanın da Suriyada hərbi kontingenti yerləşir. Yəni Suriya uğrunda gedən mübarizə həm də Rusiyanın Suriyadan və ümumiyyətlə ərəb dünyasından çıxarılmasına yönəlmiş siyasətdir.

 

Bir sözlə, burda maraqlı tərəflər arasında geosiyasi rəqabət xarakterli mübarizə gedir. Mübarizənin kökündə isə xammal mənbələrinə, ərəb dünyasının zəngin enerji resurslarına sahib olmaq niyyəti durur. Ərəb dünyasının siyasi elitası bunu bilə-bilə ərəb xalqının milli maraqlarına xəyanət edir. Və çox təəssüf ki, Qərbin bölgə ilə bağlı həyata keçirdiyi siyasətin mahiyyətinə varsalar belə, onun yedəyində gedir. Amma istənilən halda Rusiya və İranın, eləcə də Bəşər Əsədin çox ciddi şəkildə dirəniş göstərməsi və Suriyada durumun məhz bu üçlüyün xeyrinə dəyişməyə doğru getməsi fonunda görünən odur ki, ABŞ və onun müttəfiqlərinin bu ölkədəki maraqları uğrunda apardıqları mübarizə fiaskoya uğramaqdadır.  

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system