NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın Suriya ordusuna zərbəsinin əvəzi çox ağır olacaq - Lavrov

Oxundu: 428
ABŞ-ın Suriya ordusuna zərbəsinin əvəzi çox ağır olacaq - Lavrov

ABŞ-ın Suriya hökumət qüvvələrinə mümkün zərbəsinin nəticələri ən ağır şəkildə olacaq. İslaminSesi.info RİA-ya istinadla xəbər verir ki, bunu mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

"Heyli bazar ertəsi BMT TŞ-nin iclasında bəyan edib ki, Vaşinqton  "lazım olacağı təqdirdə" Suriyaya qarşı yeni hərəkətlərə (hücuma-İS) hazırdır. O xatırladıb ki, Xan Şeyxunda kimyəvi hücumdan sonra ABŞ 2017-ci il 4 apreldə Vaşinqtonun fikrincə suriya qoşunlarının kimyəvi hücum həyata keçirdikləri Şaueyrat aviabazasına zərbə endirdi, çünki BMT Təhlükəsizlik Şurası hərəkət edə bilmədi.

 

Lavrov qeyd edib ki, Xan Şeyxunda sarin qazının tətbiq edildiyi barədə məlumatlar verildikdən sonra 2017-ci ilin aprelində ABŞ dövlət katibi Reks Tillerson ona zəng edib və mütəxəssislərin göndərilməsi üçün hadisə yerinə gedə bilmək üzrə kömək istəyib. "Biz Dəməşqlə hansı yolun verilməsini danışdıq. Biz bu məlumatı Vaşinqtona verəndə onlar dedilər: " Sağolun, artıq lazım deyil"  və dərhal o aerodroma zərbə endirdilər", — deyə Lavrov bildirib.

 

"... əgər növbəti belə zərbə olarsa, nəticələri ən ağır olacaq. Xanım Heyli anlamalıdır ki, bir iş - BMT Təhlükəsizlik Şurasında mikrofonu məsuliyyətsizcə istismar etməkdirsə, digəri rus və amerika hərçilərinin ünsiyyət kanallarıdır və bu kanallar üzrə nəyin "olar", nəyin "olmaz"lığı çox dəqiq deyilib. Və amerika koalisiyası bunu çox gözəl bilir", Lavrov jurnalistlərə açıqlamasında vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system