NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın son həftədə Dirazzura aviazərbələrində 44 uşaq ölüb – Suriya müxalifət mənbəsi

Oxundu: 101
ABŞ-ın son həftədə Dirazzura aviazərbələrində 44 uşaq ölüb – Suriya müxalifət mənbəsi

“Son 7 gündə ABŞ-ın Dirazzurda 3 kəndə endirdiyi hava zərbələrində 44 uşaq həlak olub”

“İslaminSesi” - Barədə qərargahı Londonda yerləşən Suriya müxalifəti yönümlü “Suriya İnsan Hüquqları Monitorinq Qrupu” məlumat verib.

Bildirilib ki, ABŞ koalisiyası təyyarələri son 7 gündə Dirazzur əyaləti ərazisində Fəratın şərqində və hazırda İŞİD nəzarətində olan Həcin, əş-Şufə və Susə kəndlərinə intensiv hava zərbələri endirib.

 

Son hava zərbələrində əs-Susə və əl-Bubadran kəndlərinə endirilən hava zərbələrində 23 mülki şəxs həlak olub.

 

Ondan öncə Həcin və əş-Şufə kəndləri kaset bombaları ilə hədəfə alınıb.

 

SİHMQ son həftədə intensiv hava zərbələri nəticəsində  təkcə uşaqlardan 44 nəfərinin öldüyünü bildirib.

 

Suriya Xarici İşlər Nazirliyi iki gün öncə BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə iki məktub ünvanlayaraq, ABŞ-ın təcavüzlərinin qarşısının alınmasını istəyib və törədilən cinayətlərin araşdırılması haqda beynəlxalq və obyektib komissiyanın təşkilni tələb edib.

/SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system