NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın sazişdən çıxmasından sonra - İran 4+1 dövlətləri ilə ilk iclasını keçirib

Oxundu: 309
ABŞ-ın sazişdən çıxmasından sonra - İran 4+1 dövlətləri ilə ilk iclasını keçirib

ABŞ hökuməti dünya ictimaiyyətinin İranla əldə etdiyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi nüvə sazişindən çıxmasından sonra ilk dəfə olaraq Tehran və 4+1 dövlətləri yeni formatda bir araya gələrək nüvə saazişinin gələcəyini müzakirə ediblər.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki İranın 4+1 dövlətləri ilə ilk toplantısı bu gün Vyanada keçirilib.

 

Toplantı bir neçə gün davam edəcək.

 

Bu görüşlər çərçivəsində əsasən Avropa dövlətlərinin İran qarşısındakı öhdəlikləri nəzərdən keçiriləcək. 

 

Bu arada İranın nüvə sazişindəki müzakirəçilər komandasının sədri Abbas Əraqçi toplantı öncəsi bildirib ki, İran nüvə sazişində qalıb qalmayacağı haqda hələ qərar verməyib.

 

Qeyd edək ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bir neçə gün öncəki çıxışında Avropa dövlətlərinə də etimad etmədiyini bildirib və İranın sazişdə qalması üçün 7 şərt irəli sürmüşdü.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system