ABŞ-ın "Patriot"ları sovet raketlərinin qarşısında çox acizdir - Səudiyyəli nazir

Oxundu: 272
ABŞ-ın

Sovet qanadlı raketləri Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinə məxsus Amerika istehsallı "Patriot" raketdənmüdafiə sistemini tamamilə yararsız hala gətirdi. Bu sistem sovet sisteminin qarşısında çox acizdir.

İslaminSesi avia.pro xarici nəşrinə istinadən xəbər verir ki, bu haqda Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri Adele Əl-Cubeyr gözlənilmədən açıqlama verib. Nazir qeyd edib ki, belə qənaətə, ölkəsi "Patriot" sistemindən istifadə edəndən sonra gəlib.

 

"Analitiklər Yəmən üsyançılarının hücumlarının əksəriyyətinin uğurlu olduğunu düşünürlər. Bu isə "Patriot" sistemlərinin tamamilə faydasızlığını göstərir. Lakin Ər-Riyad həmişə bu cür məlumatların mətbuata sızmasını hər şəkildə əngəlləməyə çalışıb" - deyə mənbə bildirir.


Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərazisinə atılan raketlərin əksəriyyəti Sovet raketlərinin modernləşdirilmiş variantları, o cümlədən X-55 qanadlı raketləridir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system