NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın körfəz sularında üzən “Avraam Linkoln” hərbi gəmisində təyyarələr bir-birinə dəyib

Oxundu: 344
ABŞ-ın körfəz sularında üzən “Avraam Linkoln” hərbi gəmisində təyyarələr bir-birinə dəyib

ABŞ-ın İran sahillərinə yaxın beynəlxalq sularda döyüş növbəsi çəkən “Avraam Linkoln” təyyarədaşıyan gəmisində ciddi insident baş verib.

"İslaminSesi" Avia.pro internet-resursuna istinadən xəbər verir ki, insident nəticəsində beş döyüş təyyarəsi zədələnib, xəsarət alanlar var.

 

Məlumata görə təyyarədaşıyanın aviadonanmasının tərkibində yer alan 4 F-18 Super Hornet (vertikal uçuş qabiliyyətli) uğursuz enmə nəticəsində zədələnib və sıradan çıxıb. Habelə E-2D Hawkey kəşfiyyat təyyarəsi sıradan çıxıb və kəşfiyyat missiyasını yerinə yetirə bilmir, zavod şəraitində ciddi təmirə ehtiyacı var.

 

 

Məlum olub ki, o cümlədən zədələnən qırıcıların 2-i faktiki sıradan çıxıb, onların ancaq zavod şəraitində təmir edilməsi mümkündür. ABŞ hərbi dəniz qüvvələrinin komandanlığı insident barədə hər hansı təfərrüatlar açıqlamır.

 

 

Bununla belə bəzi mənbələr bildirir ki, E-2D kəşfiyyat təyyarəsi Hörmüz körfəzi üzərində neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsi missiyasından qayıdarkən təyyarədaşıyanın göyərtəsinə uğursuz eniş edib. Təyyarənin tormoz trosları zəiflədiyi üçün o vaxtında dayana bilməyib və yaxınlıqda dayanmış qırıcılara çırpılıb. Nəticədə F-18 qırıcılarını sıradan çıxarıb, bu zaman təyyarədaşıyanın heyətindən iki nəfər xəsarət alıb.

 Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system