ABŞ-ın Kərkükdəki hərbi bazası raket zərbələrinə məruz qalıb

Oxundu: 60
ABŞ-ın Kərkükdəki hərbi bazası raket zərbələrinə məruz qalıb

Kərkük şəhərində Amerikanın hərbi bazalarından biri raket atəşinə tutulub. "K-1" Amerika hərbi bazasına hücum bu axşam (cüməaxşamı gecəsi, 13 Fevral 2020) katyuşa raketləri ilə həyata keçirilib.

İslaminSesi-nin İQNA-ya istinadən verdiyi xəbərə görə, İraqın şimalında yerləşən Kərkük şəhərində Amerikanın hərbi bazalarından biri raket atəşinə tutulub.

 

Kərkükdə yerləşən "K-1" Amerika hərbi bazasına hücum bu axşam (cüməaxşamı gecəsi, 13 Fevral 2020) katyuşa raketləri ilə həyata keçirilib.

 

Amerika silahlı qüvvələri əsgərlərinin hazırda qaldığı hərbi bazaya bir neçə raket zərbəsi endirilib.

 

Bu barədə Franspress xəbər agentliyi də məlumat yayaraq bu gecə İraqın şimalında Amerika hərbi bazalarından birinin hücuma məruz qaldığını xəbər verib.  

 

Bu hücum barədə digər məlumatlar verilməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system