ABŞ-ın Kabildəki səfirliyi qarşısında güclü partlayış baş verib - Video

Oxundu: 90
ABŞ-ın Kabildəki səfirliyi qarşısında güclü partlayış baş verib - Video

Çərşənbə günü səhər Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi qarşısında güclü partlayış baş verib.

 

İslaminSesi xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

 

Məlumata görə partlayış çox güclü olub, insan itkisi barədə məlumat yoxdur. Ətraf ərazilər partlayışın təsirinə məruz qalıb.

 

Hadisəni hələki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Hadisənin “11 sentiyabır”la üst-üstə düşməsi talibanın ABŞ-a xəbərdarlığı kimi qiymətləndirilir.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Talibanla danışıqların ləğvi barədə açıqlama verdikdən sonra Taliban üzvləri Amerikanın Əfqanstandakı mövqelərini təhdid etmişdi. Taliban sözçüsü Zabihullah Mucahid "Əfqanıstandakı işğala son qoymağımızın iki yolu var, biri cihad və döyüş, digəri isə danışıqlar" deyə Amerikanı təhdid etmişdi.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system