ABŞ-ın İranı ittiham etməsi Əfqanıstana qalıcı sülh gətirməyəcək - Rusiya rəsmisi

Oxundu: 87
ABŞ-ın İranı ittiham etməsi Əfqanıstana qalıcı sülh gətirməyəcək - Rusiya rəsmisi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ı İrana görə yenidən tənqid edib.

İslaminSesi xəbər verir ki, Mariya Zaxarova açıqlamasında ABŞ-ın İranı ittiham etməsinin Əfqanıstana qalıcı sülh gətirməyəcəyini vurğulayıb. 

 

"Əfqanıstan böhranı uzun illərdir davam edir. ABŞ problemi həll edə bilmədiyi üçün başqa dövlətləri ittiham edərək, diqqəti öz üzərindən çəkməyə çalışır", - deyə Martiya Zaxarova bildirib.


Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo İranı Əfqanıstandakı radikal qruplaşmaları dəstəkləməkdə ittiham etmişdi./eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system