ABŞ-ın Harvard və Yel universitetlərinin başı dərddə - Rusiya ilə əlaqə...

Oxundu: 60
ABŞ-ın Harvard və Yel universitetlərinin başı dərddə - Rusiya ilə əlaqə...

ABŞ-ın ən böyük universitetlərindən Rusiya, Çin, İran, Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla digər dövlətlərlə mümkün əlaqələri barədə hesabat istənilib.

ABŞ-ın Təhsil Nazirliyi Harvard və Yel universitetlərində xaricdən alınan hədiyyələr və yuxarı instansiyalara məlumat verilmədən bağlanılan müqavilələrlə bağlı araşdırma başladıb.

 

Harvard mütəxəssislərinin Rusiya "Skolkovo” Fondu, "Kaspersky Laboratoriya”sı və Çin Huawei şirkəti ilə əlaqələri xüsusi maraq doğurur.


"The Wall Street Journal”a görə, Yelin xarici müqavilələrinin ümumi məbləği ən azı 375 milyon dollar təşkil edir. Bu zaman ölkə universitetlərindən xarici təşkilatlardan ildə 250 min dollardan çox dəyəri olan hədiyyələr haqqında səlahiyyətlilərə məlumat vermələri tələb olunur.


Hər iki universitet artıq nazirliyin tələblərinə cavab hazırlamaq üzərində çalışdıqlarını bildirib.


Xatırladaq ki, ötən ilin noyabrında Massaçusets Texnologiya İnstitutu və Merilend Universitetinə qarşı analoji araşdırma aparılmışdı./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system