ABŞ-ın dövlət büdcəsinin kəsiri 1 trln. dolları üstələyib

Oxundu: 72
ABŞ-ın dövlət büdcəsinin kəsiri 1 trln. dolları üstələyib

ABŞ-ın federal büdcəsinin xərcləri fiskal ilinin 11 ayı ərzində büdcə gəlirlərini 1 trln. dollar üstələyib.

Sonuncu dəfə bu cür büdcə kəsiri 2012-ci ildə qeydə alınıb.


İslaminSesi APA-ya istunadla xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi hesabata əsasən, 2018-ci fiskal ili ilə müqayisədə ABŞ-ın büdcə kəsiri 169 mlrd. dollar və ya 19% artaraq avqustun 31-nə 1,067 trln. dollara çatıb.


ABŞ-ın büdcə xərclərinin əsas hissəsi sosial təminat proqramları, hərbi və səhiyyə sahələrinin maliyyələşdirilməsinə yönəlib.


Qeyd edək ki, 11 ay ərzində ABŞ dövlət borcu üzrə faiz qismində 389 mlrd. dollar ödəyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system