ABŞ-ın Ayn-Əsəd bazası bombalandıqdan dərhal sonra İraq-İran sərhədində nüvə təyyarəsi uçub

Oxundu: 1002
ABŞ-ın Ayn-Əsəd bazası bombalandıqdan dərhal sonra İraq-İran sərhədində nüvə təyyarəsi uçub

ABŞ-ın İraqdakı AYN-Əsəd hərbi bazası İran roketləri tərəfindən vurulduqdan sonra bazanın üzərindən və İran sərhəddinə yaxın ərazilərdən nüvədaşıyıcı təyyarə uçub.

 

İslaminSesi xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta" qəzeti İraqın AlsumariaNews agentliyinə istinadən məlumat yayıb.

 

Qəzetin bildirdiyinə görə, İraqdakı ABŞ bazası vurulduqdan sonra bu bazanın üzərindən və İran sərhəddinə yaxın ərazilərdən nüvə daşıyıcısı olan “Feniks” adlı WC-135 təyyarəsi uçub.

 

Həmin təyyarənin ABŞ-a məxsus olduğu, Hindistan, Şimali Koreya və Pakistanda nüvə sınaqlarını izlədiyi bildirilir.

 

Mənbə həmçinin, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bu təyyarənin nüvə sınaqları zamanı radioaktivliyi araşdırmaq üçün ixtisaslaşdırıldığını qeyd edib.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system