DÜNYA

Oxundu: 115
ABŞ-ın 2018-ci il üçün 700 milyardlıq hərbi büdcəsi təsdiq edilib

ABŞ-ın 2018-ci il üçün 700 milyardlıq hərbi büdcəsi təsdiq edilib

İslaminSesi.info mk.ru-ya istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkənin 2018 il üçün hərbi büdcəsinin layihəsinə səs verib.

Konqresin aşağı palatasının mətbuat xidmətinin məlumatına görə, ABŞ hərbi büdcəsinin həcmi gələn il 700 mlrd. dollar təşkil edəcək.

 

Bu büdcənin 634 milyardının Pentaqonun (müdafiə nazirliyi) əsas əməliyyatlarına, 12,3 milyardının KXDR "təhlükəsinin qarşısının alınması üçün" Raket əleyhinə müdafiə üzrə maliyyələşdirilməyə, 4,6 milyardının Rusiyanın Avropa üzrə "qarşısının alınmasına", 66 mlyardının ABŞ-ın  Əfqanıstanda, İraqda, Suriyada və digər ölkələrdə "hərbi missiyalarına", bir hissəsinin ABŞ-ın Avropa ölkələrindəki fəaliyyətlərinə, 350 milyonunun isə Ukraynaya hərbi yardım üçün ayrılması nəzərdə tutulub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system