ABŞ Hərbi Hava Qüvvələri Rusiya sərhədlərində təxribat törətdi - FOTO

Oxundu: 415
ABŞ Hərbi Hava Qüvvələri Rusiya sərhədlərində təxribat törətdi - FOTO

ABŞ Hərbi Hava Qüvvələri Krım yaxınlığında növbəti təxribat törədib.

İslaminSesi rus KİV-lərinə istinadən xəbər verir ki, bir neçə saat əvvəl Amerikanın strateji pilotsuz uçuş aparatı RQ-4 Global Hawk və Boeing RC-135 elektron kəşfiyyat təyyarəsi Krım körpüsü yaxınlığında təxribat həyata keçirib.

 

Amerika təyyarələri Rusiyanın hava məkanının sərhədlərinə yaxınlaşaraq birbaşa Krım körpüsünə doğru gedib.

 


Hazırda Rusiya Federasiyasının sərhədlərində iki hərbi kəşfiyyat təyyarəsinin görünməsinin səbəbi dəqiq bilinmir. Lakin mütəxəssislər Rusiya hüdudlarında xarici hərbi təyyarələrin görünməsi ilə bağlı halların sayının kəskin şəkildə artmasına və bu halın tez-tez baş verməsinə diqqət yetiriblər. Söhbətin açıq-aşkar təxribatçı vəziyyət yaratmaqdan getdiyi bildirilir.


Mənbə qeyd edir ki, yuxarıda göstərilən iki təyyarədən əlavə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus digər Boeing RC-135 kəşfiyyat təyyarəsi də Krım yarımadasının qərb hissəsində görünüb. Ekspertlər bunu Rusiya sərhədlərində geniş miqyaslı kəşfiyyat cəhdi kimi qiymətləndiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system