NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ hərbi bazası Azərbaycan sərhədində - Bizi nə gözləyir?

Oxundu: 559
ABŞ hərbi bazası Azərbaycan sərhədində - Bizi nə gözləyir?

Eldəniz Quliyev: “Qonşuluqda ABŞ kimi dövlətin hərbi bazalarını yerləşdirməsi, yumşaq desək, Azərbaycan üçün arzuolunan deyil”

Yaxın vaxtlarda Gürcüstanda Amerikanın hərbi bazası yaradıla bilər.

Azərbaycanda dərc olunan rusdilli “Novaya vremya” nəşri ekspert və politoloqlara istinadən yazır ki, ikisi quruda, biri isə dənizdə olmaqla Gürcüstanda üç ABŞ hərbi bazanın yaradılması nəzərdə tutulur.

 

Bu yaxınlarda Gürcüstanın müdafiə naziri Levan İzoria qeyd edib ki, Amerika ilə yaxın günlərdə əməkdaşlıqla bağlı üç illik müqavilə imzalanacaq. Bu hələ bazaların yaradılması ilə bağlı ciddi siqnal sayılmasa da, artıq ABŞ yavaş-yavaş Gürcüstanda yerləşməyə doğru gedir.

 

Bəs Azərbaycanın sərhədində yerləşən dövlətin ərazisində Amerika bazalarının yerləşdirilməsi ölkəmiz üçün hansı nəticələr doğura bilər?

 

 Fikirlərini İslaminSesi-nə açıqlayan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev əvvəlcə hesab etdiyini bildirdi ki, öz daxilində demokratiyanı qorumağa çalışan ABŞ xarici siyasətində birmənalı olaraq tirandır. Və onun hərbi bazalarını dünyanın demək olar hər yerində yerləşdirməsi, bunu edə bilmədikləri yerlərdə isə Mərkəzi Kəşfiyyat İdarəsinin silahlı hərbi dəstələrini yerləşdirməsi onu göstərir ki, bu dünyada tiranlıq etmək şakərindən, loru dildə desək, lotuluğundan əl çəkmir:

 

 “Əlbəttə, Çexovun təbirincə desək, divardan asılan silah nə vaxtsa atılmalıdır. Bu cür hərbi bazaların yerləşdirilməsi isə sabitliyin qorunması yox, nə vaxtsa pozulması üçündür. Bu isə təəssüf ki, qanla müşayiət olunacaq. Ona görə də biz bu gün hərbi bazaların yerləşdirilməsinə deyil, onların ləğv olunmasına üstünlük verməliyik. Başqa cür mümkün deyil. Hesab edirəm ki, qonşuluqda ABŞ kimi dövlətin hərbi bazalarını yerləşdirməsi, yumşaq desək, Azərbaycan üçün arzuolunan deyil”.

 

E.Quliyevin sözlərinə görə, bəşəriyyətin məhz faciəyə doğru sürüklənməsində ABŞ-ın çox böyük fəaliyyəti var: “Hər hansı bir nəticə haqda danışanda onun səbəblərini də ayırd etməliyik. Səbəb də qeyd olunduğu kimi, Amerikanın dünyaya fironluq etmək istəyindən əl çəkmək istəməməsi ilə bağlıdır. Bu da tünd sirkə fenomeni kimi bir şeydir. Necə deyərlər, sirkə nə qədər tünd olsa öz qabını çatladar. ABŞ-ın son prezidentlərinin, xüsusilə lap sonuncunun eksentrik siyasi kurs seçməsi də bundan xəbər verir”.

/İslaminSesi/    

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system