ABŞ hərbçisi məscidə onu partlatmaq üçün girdi- müsəlman olub çıxdı…-FOTOLAR

Oxundu: 203
ABŞ hərbçisi məscidə onu partlatmaq üçün girdi- müsəlman olub çıxdı…-FOTOLAR

Müsəlman ölkələrində elə Ağ Evin, “CİA”-nın, Pentaqonun özünün “islamçı”, “cihadçı” adları altında yetişdirdiyi terrorçu qruplara qarşı döyüşmüş və bütün müsəlmanları da terrorçu qismində görmüş bir Amerika ordusu veteranının taleyində gözlənilməz dönüş baş verib.

 
İslaminSesi Moderator.az - a istinadən  xəbər verir ki,  Pentaqon hərbçisinin bu hekayətini  yerli “Kolorado Sun” nəşri dərc edib.
 
 
Amerikanın İndiana ştatında yaşayan Richard Makkinni 25 il ABŞ ordusunda xidmət edib.  O, hər dəfə Somalidən və Yaxın Şərqin digər qaynar nöqtələrindən qayıtdıqda "düşmənə"(yəni müsəlmanlara) qarşı qəzəb və nifrət hissi ilə coşub daşırdı. Qollarındakı kiçik döymələrlə öldürülən "düşmənlərin" sayını qeyd etmişdi. Onun qolunda 26 belə döymə var...  
 
Riçard doğma Mansi şəhərinə kifayət qədər  ağır zədələrlə qayıtdı. O, bir neçə yerdən  yaralanmış və kontuziya almışdı. İlk dəfə  niqablı bir müsəlman qadını görəndə onu elə ayaqqabı mağazasındaca öldürmək istədi. Sonra başında yeni plan yetişdi - yerli bir məsciddə müsəlmanların kütləvi qətliamını törətmək qərarına gəldi. Makkinni ibadətgaha bir əldəqayırma bomba yerləşdirmək və onun məscidi orada namaz qılan müsəlmanlarla birgə necə partladacağını küçənin o tərəfindən ləzzətlə seyr etmək istəyirdi.  O, planlaşdırılan terrordan öncə binanı gözdən keçirmək üçün  məscidə gəldi. Fəqət, müsəlman ibadətgahına daxil olan  anlardaca onun həyatı tamamilə dəyişdi. Kimsə Riçardı səmimiyyətlə qarşıladı və ona Quran hədiyyə etdi. Sonra o, söhbətə dəvət edildi və ondan İslamla bağlı ürəyindən keçən sualları verməsi istənildi. Bütün bunlardan sonra Amerika ordusunun qatı islamofob veteranı heyrətə gəldi və yenidən məscidə qayıtdı. Sonra bir daha, bir daha bu ibadətgaha gedib gəldi… Bu minvalla cəmi iki aydan sonra qızğın bir islamofob  müsəlman oldu…  
İllər sonra ABŞ ordusunun qazisi yerli müsəlman icmasının prezidenti oldu və Mansidəki bir vaxtlar partlatmaq istədiyi məscidə rəhbərlik etməyə başladı. Makkinninin həyat çevrilişi- transformasiyası barədə "Müsəlmanların gizli həyatı" serialı üçün bir süjet də çəkilib…

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system