NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ, Fransa və Britaniyanın Suriyaya 4 saatlıq təcavüzünün nəticələri

ABŞ, Fransa və Britaniyanın Suriyaya 4 saatlıq təcavüzünün nəticələri

Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa Suriyaya "hava-yer" sinifli 100-dən çox raket atıb. İslaminSesi.info RT-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi bildirib.

"Suriya Ərəb Respublikasının hərbi və mülki obyektlərinə ABŞ, Böyük Britaniya və Fransanın hava və dəniz daşıyıcıları ilə 100-dən artıq qanadlı raket və "hava-yer" sinifli raket buraxılıb", - məlumatda deyilir. Rusiya bu raketlərin 71-nin vurulduğunu qeyd edib.

 

Məlumatda qeyd olunub ki, Suriyanın Havadan Hərbi Müdafiə sistemləri hava hücumuna qarşı mübarizə aparıb, raketlərin böyük bir hissəsi üçün hədəflərə doğru uçuş vaxtı vurulub.

 

Nazirliyin məlumatına görə, zərbələr ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi ilə Qırmızı dənizdən, Aralıq dənizi akvatoriyası səmasındakı taktiki aviasiyadan, həmçinin Ət-Tənf rayonundan B-1B bombardmançı təyyarələri ilə vurulub.

 

Bundan əlavə Rusiya MN Suriyanın Dumeyr aviabazasına 12 raketin atəıldığını və onların hamısının vurulduğunu açıqlayıb. RİA-Novosti saytı Suriya hökümətindəki mənbəyə istinadla ABŞ, Fransa və Britaniyanın Homs əyalətindəki hərbi anbara da zərbələr endirdiyini nəticədə 6 nəfərin xəsarət aldığını açıqlayıb. 3 yaralı var. 

 

Rusiya raketlərin yarısından çoxunun vurulduğunu bildirib.

 

Suriya ordusunun komandanlığı zərbələr nəticəsində ölənlərin olmadığını, yalnız maddi ziyanın dəydiyini açıqlayıb.

 

Fransa MN Rusiyaya zərbələr barədə qabaqcadan xəbərdarlıq etdiyini bildirib.

 

Zərbələr 3 saat 55 dəqiqə davam edib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system