NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ əzəli və əbədi rəqibi olan Rusiyanı niyə G7-yə qaytarmaq istəyir? – Ekspertlər şok səbəblər açıqlayır

Oxundu: 484
ABŞ əzəli və əbədi rəqibi olan Rusiyanı niyə G7-yə qaytarmaq istəyir? – Ekspertlər şok səbəblər açıqlayır

Zərdüşt Əlizadə: “Tramp Rusiyanı G7- yə qaytararaq, Putinlə danışıqlara başlamağa və ABŞ-ın mənafelərinə uyğun olan məsələləri müzakirə etməyə çalışır”

 
Son günlər dünyanın diqqəti super güclərin bir araya gəldiyi G7- sammitinə yönəlib.Sammit çərçivəsində bir sıra mövzular müzakirə olunsa da, Tramp administrasiyasının Rusiyanı G7- yə qaytarmaq cəhdləri diqqətdən kənarda qalmayıb. Bu məsələ dünya liderlərinin müzakirə mövzusuna çevrilib.
ABŞ dövlət katibi Mayk Pompeo isə, “Fox59” telekanalına müsahibəsində deyib ki, “Prezident Donald Tramp da ABŞ-ın Rusiyanı G7- yə qaytarmalı olduğunu düşünür. Pompeo əlavə edib ki, ölkəsi buna çalışacaq. Bu açıqlama uzun illərdir soyuq müharibə aparan, maraq və mövqeləri üst-üstə düşməyən iki nəhəng dövlətin arasındakı buzların əridiyini düşünməyə əsas verib. Lakin bir çox siyasi analitikləri bu sual düşündürür.
 
 
Görəsən, ABŞ, illərdir soyuq müharibə apardığı Rusiyanı hansı səbəbdən G7- yə geri qaytarmaq istəyir? Bu məsələdə ABŞ-ın konkret marağı nədən ibarətdir?.
 
İslaminSesi bildirir ki, Konkret.az-ın suallarını tanınmış politoloq Zərdüşt Əlizadə cavablandırıb. Politoloq bildirib ki, Tramp üçün ideoloji baxımdan heç bir məsələnin önəmi yoxdur. Onun üçün əsas məsələ öz maraqlarını təmin edən nəticənin olmasıdır: “Tramp Rusiyaya qarşı sanksiyaları o zaman tətbiq etmişdi ki, Putin hökuməti Ukraynada mövqelərini möhkəmlətməyə və Krımı ilhaq etməyə çalışırdı. Ona görə də ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edirdi. Lakin indi vəziyyət bir qədər fərqlidir. ABŞ üçün hazırda prioritet öz mənafelərini təmin etməkdən ibarətdir. Ona gərə də ABŞ Rusiyanı G7-yə qaytararaq G8 formalaşdırmaq istəyir. Bununla da Rusiya ilə danışıqlara başlamaq və ABŞ-ın mənafelərinə uyğun olan məsələləri müzakirə etməyə çalışır”.
 
 
Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiyanın G7-yə qayıtması ilə Tramp bilavasitə Putinlə ildə bir dəfə görüşüb danışa biləcək: ”Yəni beynəlxalq tədbir çərçivəsində Rusiya ilə görüşüb, hansısa məsələ barədə razılığa gəlməyə çalışacaq. Tramp üçün əsas olan da budur. Digər kiçik və hüququ tapdalanan dövlətlərin marağını qorumaq isə ABŞ prezidenti üçün prioritet təşkil etmir. Önəmli olan Trampın və onun idarə etdiyi administrasiyanın maraqlarıdır”.
 

Nəzakət Məmmədova: “Rusiya ilə razılaşma əldə olunsa, bu, İranın təcridinə, İsrail və Səudiyyə Ərəbistanının manevr imkanlarının artmasına yardım edəcək”

 

Nezaket Memmedova Bayramlı adlı şəxsin şəkli.

 
Mövzu ilə bağlı fikirlərini Konkret.az-a danışan politoloq Nəzakət Məmmədova isə qeyd edib ki, hazırda ABŞ prezidentinin əsas problemi Çinlə bağlıdır: ”Tramp Çini ABŞ-ın ən əsas rəqibi kimi görür, ABŞ və Çin arasında ticarət savaşı səngimək bilmir. Rusiyanın İran, eləcə də Suriya məsələsində aparıcı söz sahibi olmasını nəzərə alaraq, Tramp onun Böyük Yeddiliyə qayıtmasına dəstək vermiş ola bilər. Tramp Çini öz ölkəsi üçün Rusiyadan daha təhlükəli rəqib hesab edir. Eyni zamanda, ölkəsinin istədiyi nəticəni əldə etmədiyi Yaxın Şərq siyasətində prosesi uğurla başa çatdırmaq, İranı təkləyib müttəfiqlərindən təcrid edib istənilən güzəştə məcbur etmək üçün Rusiyanın dəstəyinə ehtiyac var. Türkiyə ilə ABŞ artıq Suriyada müəyyən qədər yaxınlaşa biliblər. Rusiya ilə razılaşma əldə olunsa, bu, İranın təcridinə, İsrail və Səudiyyə Ərəbistanının manevr imkanlarının artmasına yardım edəcək. Bu səbəbdən Tramp Rusiyanın G 7 klubuna qatılmasına səylə çalışdı. Tramp daxili və xarici rəqiblərin müqavimətinə baxmayaraq, Rusiyanı dəstəklədi və bununla ABŞ prezidentinin növbəti seçkilər üçün yenidən Moskvadan dəstək almaq planlarının olması istisna edilmir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system