NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 459
ABŞ Ədliyyəsi Rusiya şirkəti və vətəndaşlarını prezident seçkilərinə müdaxilədə ittiham edib

ABŞ Ədliyyəsi Rusiya şirkəti və vətəndaşlarını prezident seçkilərinə müdaxilədə ittiham edib

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın üç şirkəti və 13 vətəndaşlarını 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə də daxil olmaqla bir neçə maddə üzrə ittiham edib.

İttiham "Rusiyanın seçkilərdə Trampın lehinə müsbət rol oynaması" işini aparan xüsusi prokuror Robert Müller tərəfindən qaldırılıb. Müvafiq ittiham aktı, 16 fevral, cümə günü Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin saytında dərc edilib.

 

İttihamların irəli sürüldüyü müəssisələr: İnformasiya-Tədqiqat Agentliyi (АИИ), «Konkord Menecment və Konsaltinq» ilə «Konkord Kayterinq» şirkətləridir.

Şəxslər isə biznesmen Yevgeniy Priqojina və daha 12 nəfər: Mixail Bıstrov, Mixail Burçik, Aleksandr Krılov, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovd, Robert Bovd, 28 yaşlı Azərbaycan əsilli Ceyhun Aslanov, Vadim Podkopayev, Qleb Vasilçenko, İrina kaverzina və Vladimir Venkovdur.

 

 

Ədliyyə Nazirliyi 13 rusa qarşı qaldırdığı ittihamlar ABŞ-ın aldadılması məqsədilə əlbir olma, o cümlədən kəşfiyyat məlumatları toplama,  amerika sosial şəbəkələrinin seqmentinin, kompüter infrastrukturunun istifadəsi, şəxsi məlumatların oğurlanması, həmçinin ABŞ prezidenti seçkilərinə müdaxilə və siyasi reklamın yerləşdirilməsindən ibarətdir.

 

ABŞ Ədliyyəsinin fikrincə, göstərilən şirkətlər və vətəndaşlar ABŞ hökümətinin funksiyalarının zəiflədilməsi və dağıdılması hesabına ABŞ-a ziyan vurmaq və ölkədə 2016-cı ilin prezident seçkiləri də daxil olmaqla siyasi və seçki proseslərinə müdaxilə üzrə 2014-cü ildən "bilərəkdən və qəsdən" əlbir olublar.

 

Onlar həmin vaxt namizəd olan Ted Kruz və Marko Rubio kimi digər namizədləri ləkələmək və Berni Sanders və Donald Trampı dəstəkləmək üçün, əsasən Hillari Klinton haqqında alçaldıcı məlumatların dərc olunması üçün nəzərdə tutulan əməliyyatlarda iştirak ediblər", - deyə xüsusi prokuror Robert Müllerlə tərəfindən imzalanmış aktda qeyd edilir.

 

 

Sənəddə bildirilir ki, təqsirləndirilən şəxslər özlərini amerika fəalları və təşkilatlarının nümayəndələri kimi qələmə verir, həmçinin ABŞ-da həm Trampın dəstəklənməsi həm də prezident seçkilərinin nəticələrinin tanınmasına qarşı ABŞ-ın real vətəndaşların iştirakı ilə etiraz aksiyaları keçirirdilər.

 

ABŞ baş prokurorunun müavini Ros Rozenstayn öz növbəsində bildirib ki, amerika tərəfinin bütün təqsirləndirilən şəxslərin ekstradisiyasına nail olacağına cəhd edəcəyini bildirib.

 

Müllerin məruzəsinə şərh verən ABŞ prezidenti Donald Тramp isə növbəti dəfə vurğulayıb ki, onun seçkiqabağı kampaniyasının Rusiyanın müdaxiləsi ilə heç bir əlaqəsi yoxdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system