ABŞ-dan gözlənilməz etiraf: Rusiya ilə müharibəyə hazır deyilik

Oxundu: 87
ABŞ-dan gözlənilməz etiraf: Rusiya ilə müharibəyə hazır deyilik

“Vaşinqton bu növ hərbi əməliyyatlara hazır deyil. Ona görə də biz müxtəlif hərbi əməliyyatlarda kampaniyaların aparılmasına dair planlarımızı yenidən nəzərdən keçiririk”.

“Birləşmiş Ştatlar Rusiya ilə hibrid müharibəyə hazır deyil və bununla bağlı öz müdafiə və digər qurumlarının modernləşdirilməsinə dair planlarını dəyişmək niyyətindədir”.


İslaminSesi - Sputnik.az Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Mark Esper bildirib.


Pentaqon rəhbəri vurğulayıb ki, son illər Moskva "vasitəçi, hibrid hərbi əməliyyatlar və boz zonada hərbi əməliyyatlara" dair bacarıqlarını nümayiş etdirib. Nümunə kimi o, Ukrayna və Krımda baş verənləri misal gətirib, lakin söhbətin nədən getdiyini açıqlamayıb.


Hibrid müharibə - iştirakçıların arxalarında daha böyük oyunçuların olduğu müharibədir – məsələn, Koreya və Vyetnam müharibələri.


O, eyni zamanda vurğulayıb ki, Vaşinqton bu növ hərbi əməliyyatlara hazır deyil: "Ona görə də biz müxtəlif hərbi əməliyyatlarda kampaniyaların aparılmasına dair planlarımızı yenidən nəzərdən keçiririk".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system