NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 191
 ABŞ-dan Bakıya poçtla narkotik vasitə göndərilib

ABŞ-dan Bakıya poçtla narkotik vasitə göndərilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

"İslaminSesi.info" xəbər verir ki, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub.

 

Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.

 

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.

 

Oksikodon, hidrokodon preparatları Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.

 

Faktla bağlı araşdırma aparılır.qafqazinfo.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system