ABŞ-da sərnişin təyyarəsi yanacağı məktəbin üstünə tökdü: 17-si uşaq olmaqla 60 nəfər xəsarət aldı

Oxundu: 1133
ABŞ-da sərnişin təyyarəsi yanacağı məktəbin üstünə tökdü: 17-si uşaq olmaqla 60 nəfər xəsarət aldı

ABŞ-ın Kaliforniya ştatında sərnişin təyyarəsi ibtidai məktəb ərazisinə aviasiya yanacağı töküb.

İslaminSesi “The New York Times” nəşrinə istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhəri yaxınlığında baş verib.

 

Şanxaya uçan təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra dispetçerlərə mexaniki nasazlıq haqqında xəbər verib. Təcili hava limanına qayıdan təyyarənin pilotu yanacağın qəzalı buraxılmasını həyata keçirib.


Nəticədə yüksək oktanlı aviasiya yanacağı insanların və tikililərin üstünə tökülüb. 17 uşaq da daxil olmaqla, 26 nəfər tibbi yardım üçün müraciət edib.

 

RİA "Novosti"-nin CNN telekanalına istinadən verdiyi son məlumata görə isə zərər çəkənlərin sayı 60 nəfərə çatıb. 

 

Los-Anceles dairəsinin Yanğınsöndürmə Mühafizəsi Departamentinin inspektoru Şon Ferqyuson telekanala bildirdi ki, hadisə günortadan az sonra olub. Qeyd edilir ki, toplam olaraq söhbət altı məktəbdən gedir. 


Pilotun yanacağı xüsusi ayrılan yerdə yox, yaşayış massivi üzərində buraxması araşdırmaya səbəb olub./oxu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system