NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-da məscidə od vurub yandırdılar

Oxundu: 165
ABŞ-da məscidə od vurub yandırdılar

Hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib.

 

"İslaminSesi"nin ABNA – Xəbər Agentliyinə istinadən verdiyi xəbərə əsasən, dünən yəhudi və xristian irqçiləri ABŞ-ın Kaliforniya ştatında "Darul Ərqəm" adlı Məscidə hücum ediblər.

 

Məlumata görə, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib.

 

İğtişaşçılar Məscidə od vurduqdan sonra qaçaraq gizləniblər. Yanğın Məsçidin çöl divarlarına zərər yetirib.

Hadisə zamanı Məscidin daxilində bir nəfər olduğu üçün yanğının qarşısını xeyli ala bilib. Və nəticədə yanğının Məscidin daxilinə nufuz etməsinin qarşısını alıb.

 

Həmçinin radikal irqçi ünsürlər Məscidin divarına Yeni Zelandiyadakı iki Məscidə hücumla əlaqədar yazı yazaraq orada 80 insanın həyatının itirilməsini alqışlayıblar. Lakin polis divara yazılan mətn haqqında açıqlama söyləməkdən çəkinib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system