ARAŞDIRMA

Oxundu: 3764
ABŞ-da insanlığın üz qarası olan tarixi edam – 14 yaşlı günahsız qaradərili

ABŞ-da insanlığın üz qarası olan tarixi edam – 14 yaşlı günahsız qaradərili

Edam hadisədən 3 ay sonra- 16 iyun 1944-cü ildə həyata keçirildi. Səhər tezdən 7:30-da Georgu elektrik stuluna otuzdurdular. "Bibliyanı" bağrına basmışdı. Lakin problem var idi. Başı elektrik dəbilqəsindən qat-qat balaca idi. Bu da edam reallaşdırılan zaman maskanın onun üzündən düşməsinə səbəb oldu ki, şahidlər o dəhşətli səhnəni gördülər.

İslaminSesi bildirir ki, ABŞ uzun illərdir ölüm hökmünü qüvvədə saxlayan dövlətlərdən biridir. Bəzi ştatlarda bu ləğv olunsa da, bəzi ştatlarda hələ də özünü qorumaqdadır. XX əsrin ən dəhşətli ölüm hökmləri ABŞ-da reallaşdırılıb desək yanılmarıq. Bunlardan biri də Georg Jinus Stinney olub. Stinney 1929-cu ildə anadan olmuşdu. Onu 1944-cü ildə iki ağdərili qızın - Betti və Marinin ölümündə günahlandırırlar. Qızlar velosiped sürərkən Stinney təsərüfatının yanından keçirlər. Orada Georgun bacısı Ketrini axtarırlar ki, onlara may lalələrinin yerini söyləsin. Ketrini tapa bilmədikdə gül yığmağa özləri yollanırlar. Qızlar geri dönmədikdə ailələri onları axtarmağa yollanırlar. Növbəti gün onları 8 yaşlı Marini və 11 yaşlı Bettini ölü tapırlar.


Elə ilk şübhəli kimi Georgu həbs edirlər. Meyitlər araşdırılarkən məlum olur ki, onların başlarına ağır linglə 4-5 zərbə ardıcıl endirilib. Georg həbs olunan kimi bütün əhali həbsxananın qarşısına yığıldı. Onlar bütün qaradərili insanlara lənət oxuyurdular. Atasını o an işdən çıxardılar. Ailəsi ilə canlarının qorxusundan şəhərdən qaçdı.

 

Məhkəmə aprelin 24 Kaliforniya ştatının Klarendon şəhərində baş tutdu. Məhkəmə tərəfindən Georga təyin olunmuş vəkil 30 yaşlı Çarlz Ployden israrla yeniyetmənin ölüm hökmünə məhkum olunmasına qarşı çıxırdı. Çünki Cənubi Karolinada yetkinlik yaşı 14-dən sonra hesablanırdı. Lakin saat 17:00 məhkəmə andlıları 10 dəqiqəlik müzakirədən sonra Georgu elektrik stulunda qətlinə fərman verdilər. Yerli kilsə və həmkarlar ittifaqı qərarın yumşaldılması üçün dəfələrlə məhkəmədən xahiş etsələr də heç bir işə yaramadı.

 

Edam hadisədən 3 ay sonra 16 iyun 1944-cü ildə həyata keçirildi. Səhər tezdən 7:30-da Georgu elektrik stuluna otuzdurdular. Onun qucağından "Bibliya" var idi. Lakin problem var idi. Başı elektrik dəbilqəsindən qat-qat balaca idi. Bu da edam reallaşdırılan zaman maskanın onun üzündən düşməsinə səbəb oldu ki, şahidlər o dəhşətli səhnəni gördülər. Edamdan 4 dəqiqə sonra onun öldüyü bildirildi.

 

ABŞ-da reallaşdırılan bu hadisə bir çox filmlərə və romanlara mövzu olub. Daha sonrala Georgun günahsız olduğu məlum oldu. Çünki qızların qətlə yetirdiyi dəmir lingin 10 kiloqramdan artıq olduğu aydınlaşdırıldı. Georgun həmin lingi qaldırması isə qeyri-mümkün idi. Həmin hadisəyə həsr olunmuş filmdən bir parçanı sizə təqdim edirik.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system