“ABŞ-da demokratik normalardan uzaq gizli dərin hökumət yaradılıb... ” - VİDEO

Oxundu: 92
“ABŞ-da demokratik normalardan uzaq gizli dərin hökumət yaradılıb... ” - VİDEO

"ABŞ-da heç bir demokratik normalara tabe olmayan gizli dərin hökumət yaradılıb”.

İslaminSesi xarici mediaya istinadla xəbər verir ki, bu haqda Amerikanın məşhur "CrossTalk” proqramının yeni sayında mütəxəssislər xüsusi xidmət nümayəndələrindən ibarət Amerika "dərin dövləti" ni ifşa edirlər. Proqramın qonaqları bu insanların hansı məqsədləri həyata keçirdiklərini və niyyətlərinə necə çatmaq niyyətində olduqlarını izah edirlər. Onların fəaliyyətlərindən bir nümunə də Rusiyanın prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı son qalmaqaldır. 
 
Qeyd edək ki, “CrossTalk” müasir dünyanın ən kəskin problemlərini gündəmə gətirən canlı ictimai və siyasi tok-şoudur. Proqramın qonaqları - siyasətçilər, elm adamları, iş adamları və ictimai xadimlər beynəlxalq həyatda cərəyan edən hadisələrə dair fikirlərini gərgin diskussiya çərçivəsində müzakirə edirlər. Proqramın aparıcısı Peter Lavell həmsöhbətlərinə ən narahat sualları verməkdən çəkinmir, onları açıq bir dialoqa çağırır və mövqelərini arqumentləşdirməyə məcbur edir. /Moderator.az/
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system