NAMAZ VAXTLARI:
  • FƏCR 05:02
  • GÜN 06:24
  • ZÖHR 12:35
  • ŞAM 19:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 359
ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edir - Tarixdə bir ilk

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edir - Tarixdə bir ilk

Həftənin ikinci günü ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edəcəyini açıqlayıb.

İslaminSesi bildirir ki, ABŞ-ın BMT-ki nümayəndəsi Nikki Xeyli mətbuat konfransında bu barədə açıqlama verib. O bildirib ki, daha bu saxtakar təşkilatda qalmayacaqlar. Təşkilatı tərk etmək səbəbi olaraq insan hüquqlarının pozulmasını əsas gətirən Nikki Xeyli BMT-nin üzvü olaraq qalmaqda davam edəcəklərini də bildirib. 

 

Öz növbəsində Mark Pompeo da Nikkiyə dəstək olub və bu saxtakarlığa dözməyəcəklərini deyib. O bu təşkilatda insan hüquqlarını pozan dövlətlərin də olduğuna dözmədiklərini və insan hüquqlarını qorumaqda lider olduqlarını vurğulayıb. Pompeo həmçinin İsrailə qarşı haqsızlığı qeyd edib və bildirib ki, bu qətnamələrin qəbul olunmaması yolverilməzdir. 

 

ABŞ-ın bu addımına qarşı müxtəlif dövlətlərdən reaksiyalar hgəlib və onlar ABŞ-ın bu qərarının düzgün olmadığını bildiriblər. Lakin İsrail rejimi tamamilə başqa bir mövqe sərgiləyib. Baş nazir Benyamin Netanyahunun mətbuat sözcüləri bildiriblər ki, nazir bu cəsur addımı görə ABŞ-a minnətdardır. Bu saxtakar təşkilatda qalmağa dəymir. Benyamin Netanyahuda öz sosial şəbəkə hesabında buna dəstək olub. ABŞ-ın bu addımını alqışlayıb.

 

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 47 üzvü ölkəsi  var. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system