NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb

Oxundu: 98
Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir.

İslaminSesi.info xəbər verir ki, artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına qeydiyyat başlayıb. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

 

İmtahanda iştirak haqqı 3 manatdır.

 

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

 

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system