ÖLKƏ

Oxundu: 169
Abdulla və Xədicəni gətirmək üçün dövlət qurumları işə başlayıb

Abdulla və Xədicəni gətirmək üçün dövlət qurumları işə başlayıb

Valideynləri “İŞİD”ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır. 

Qeyd edilir ki, uşaqların qohumları hələ ki, tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər. 

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. 

Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system