NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 343
“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə ...- Yenilənib

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə ...- Yenilənib

“AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov Kosovonun paytaxtı Priştina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə yollanıb”. Bunu “Report”a “AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev deyib. O bildirib ki, bu gün “AAAF Park” yaşayış komleksinə Ədliyyə Nazirliyinin Abşeron İcra Şöbəsinin icraçıları gəliblər: “Onlar inventarizasiya apardılar və bu proses bir saatadək çəkdi. Bütün əmlakımızı siyahıya aldıqdan sonra getdilər. Hazırda biz öz işimizlə məşğuluq”.

***

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

 

İslaminSesi “Ölkə.Az”a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

 

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

 

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.

 

"Qafqazinfo" xəbər verir ki, Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb. T. Heydərov tez-tez medianın gündəminə gəlirdi. O, daha çox nurçuluqda ittiham olunurdu.

 

Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamanı Vergilər Nazirliyi həyata keçirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system