NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:56
  • ZÖHR 12:40
  • ŞAM 19:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi

Oxundu: 302
Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi

“28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb.

Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib:

 

“Həzi Aslanovdan Dərnəgül istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil.

 

Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system