NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 159
900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub - DTX

900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub - DTX

Təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub. İslaminSesi bildirir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizliyi Xidmətindəki mənbə bildirib.

“Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə (Suriya və İraqda – “İF”) hərbi əmliyyatlar başlanandan təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələrə və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin əks-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var”, - agentliyin müsahibi bildirib.
 
Öncə DTX-nın rəis müavini general-mayor İlqar Musayev agentliyə bildirmişdi ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system