NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 1548
81 il ateistlikdən sonra Allahın varlığını etiraf edən professor Entoni Flyu - Ateistlərin qara kabusu

81 il ateistlikdən sonra Allahın varlığını etiraf edən professor Entoni Flyu - Ateistlərin qara kabusu

Uzun illər ateist kimi tanınan və bu barədə cild-cild kitablar yazan Entoni Flyu. Bu insanın qəribə dönüş tarixçəsi var. İslamınSesi illərlə ateist olan məşhur alimin etiraflarını sizə təqdim edir.

2004-cü ildə o bir kitab yayımladı. Kitab "Səhv etmişəm, Tanrı var imiş" adlanır. Entoni Flyunu digər ateistlərdən fərqləndirən cəhəti yenilikçi ateist nəzəriyyələr yaratması idi. Ən ümdəsi isə bunu cəmiyyətin intelektual təbəqəsi ilə paylaşması idi. Məsələn, "Teologiya və Yalnışlama" adlı məqaləsi 1950-ci ildə yayımlandı və son 100 ilin ən çox yayımlanan fəlsəfi mətni oldu. Lakin vaxt keçdikcə Entoni Flyu öz fikirlərini dəyişdirdi. Daha əvvəl nəzəriyyəsini yaratdığı öz ateist düşüncələrini tərk etdi və bir yaradıcının varlığını qəbul etdiyini açıqladı. Flyu bunu elmin işığı altında tapa bildiyini bildirdi. "Ateizmdən vaz keçməyim hansısa bir fenomen hadisə nəticəsində olmadı. Son 20 ildir bütün düşüncələrim hərəkət halında idi. Bu da təbiət dəlillərini daima dəyərləndirməyimin bir nəticəsi idi.

 

Ən nəhayət Tanrının var olduğunu qəbul etdiyimdə bu bir paradiqmanın dəyişikliyi deyildi. Çünki "Republic adlı əsərində Platonun Sokrata yazdığı kimi mənim də paradiqmam hələ də həmin yerdədi. İddianın çağırdığı yerə getməliyik. İndi kartlarımı, yəni öz dünyagörüşümü masaya düzmək növbəsi mənimdir. Artıq kainatın sonsuz bir zəka tərəfindən yaradıldığına inanıram. Bu kaniatın qarışıq qanunlarının Tanrının zehnindən qaynaqlandığını və həyatın ilahi bir qaynağının mövcudluğuna inanıram. Yarım əsrdən dən çox ateizmi müdafiə etdikdən sonra niyə bu sözləri deyirəm? Buna qısa bir cavabım var: Müasir elm. Müasir elmin meydana çıxardığı dünya mənim inanc gətirməyimə səbəb oldu. Elm təbiətin Tanrıya işarə edən 3 tərəfinə işıq salır. Bunlardan birincisi təbiətin qanunlarının uzlaşma reallığı, ikincisi həyat: maddədən qaynaqlanan və zəkalı şəkildə təşkilatlandırılıb məqsədə yönəldilən varlıq tərəfi və üçüncüsü isə təbiətin varlığı. Amma mənə bələdçi olan yalnız elm olmadı. Klassik fəlsəfənin araşdırılması da mənə yardımçı oldu."

 

Təbiət qanunları haqda Flyu fikirlərini belə açıqlayır: "Bir zamanlar bu yaradılış arqumentini sərt bir şəkildə tənqid etsəm də, bu arqument doğru bir şəkildə araşdırıldıqda Tanrının varlığına birbaşa sübut kimi meydana çıxır. Bu nəticəyə gəlməyim də xüsusilə 2 sahədə inkişafa səbəb olmuşdur. Bunlardan birincisi təbiət qanunlarının mənbəyinin hara olması, ikincisi isə həyatın mənbəyi və artma problemidir.

 

Qanun varsa deməli bu qanunu nizamlayan biri vardır. Təbiət qanunlarının ilahi mənbəyinin olması haqda bir neçə fəlsəfi əsər yazılıb. Oxford universitetinin fəlsəfəçisi Con Foster "The divine lawmaker" adlı əsərində təbiətdəki nizamın mütləq ilahi bir qaynağının olduğunu açıqlamışdır. Əgər qanunların var olduğunu qəbul edirsinizsə deməli kaniatda bu qanunları nizamlayan biri vardır. Barrou mükafatı alan bu fəlsəfəçi bütün bu varlığın mənbəyinin açıqlamasını deistlikdə görür. "

 

Həyat necə başladı? Bu suala qarşı ateist düşüncəsini dəyişdirən Flyu DNA (deenka) araşdırmalarından sonra dəhşətə gəlib. "Tanrının varlığını ən bariz şəkildə sübut edən məsələ DNA kodlaşmasıdır. Sahib olduğu kodlama ilə sanki öz unikallığı ilə bir möcüzədir. Həyatın ən əhəmiyyətlə tərəflərindən biri də bu kodlama və informasiya ilə əlaqəlidir. Hüceyrələrimiz hamısı informasiyanı alır, depolayır və üzünü çıxardır. Bu sistemi çözmək üçün ilk növbədə onun qaynağını və mexanizmasını çözməliyik. "

Sizə insan genetikasının sistemi haqqında video görüntü təqdim edirik. Bu görüntülərdə elmin izah etməkdə aciz qaldığı DNA möcüzəsi əks olunub. 

 

 

 Kainatda incə bir tarazlığın olduğunu ifadə edən edən Entoni bir çox elm adamın bu barədə fikirlərinə yer verdikdən sonra öz fikirlərini belə açıqlayir. "İncə tarazlığa dair arqumentlər haqda 3 şey söylənilə bilər: Əvvəla müəyyən qanunları və dəyişilməyəcək forması olan bir kainatda yaşadığımızı və bunların bəzilərinin fərqli olması halında həyatın qeyri-mümkün olmasının inkar edilməyəcək bir fakt olması, ikincisi mövcud qanunlar ilə dəyişiklərin yenə həyat üçün zəruri şərtlər daxilində baş verməsi bunun bir mənbəyinin olmasına sübutdur. Bu tamamilə fərqli bir sualdır. Bu şərtlər həyatın başlaması üçün vacibdir, amma kifayət deyil. Üçüncüsü isə özünəməxsus təbiət qanunları olan daha bir kainatın var olmasının məntiqi cəhətdən olma ehtimalı onun var olmasını göstərməz. Hazırda birdən artıq kainatın mövcud olduğunu göstərən heç bir dəlil yoxdur. Bu hələ də nəzəri olaraq qalmaqdadır."

 

Ateist alimlər və filosoflar mövcud olan bu incə və həssas tarazlıqların izahı üçün çoxlu kainatların olma iddiasını irəli sürüblər. Lakin bu iddianın bu məsələni açıqlaya bilmədiyini Flyu belə izah edir: " Daha əvvəldə qeyd etdiyim kimi birdən artıq kainatın mövcud olması iddiasını elə də faydalı hesab etmirəm. Hətta bu iddianın faydasız olduğunu iddia edirəm. Bu kainatın varlığı bir açıqlama tələb edirsə, birdən artıq kainatın varlığı daha çox açıqlama tələb edir. Bu kainatların sayının artırılması sadəcə sualların artırılmasıdır. Bu hal sanki ev tapşırığını edə bilməmə səbəbi kimi onun it tərəfindən yeyilməsi yalanına inanmayacaq müəllimə ev tapşırığının sayı bəlli olmayan itlər tərəfindən yeyilməsi yalanı ilə dəyişdirən şagirdin vəziyyətinə bənzəyir."

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system