NAMAZ VAXTLARI:
  • FƏCR 05:33
  • GÜN 06:53
  • ZÖHR 12:26
  • ŞAM 18:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

80 İŞİD-çinin kütləvi şəkildə “qətliam” edildiyi otaq - Video 18+

Oxundu: 1684
80 İŞİD-çinin kütləvi şəkildə “qətliam” edildiyi otaq - Video 18+

İŞİD deyildikdə hamının zehninə bu qorxunc təkfirçi terror təşkilatının həyata keçirdiyi və fəxrlə yayımladığı kütləvi edamlar gəlir. Amma bu dəfə yayımlanan onların özlərinin qətliam edilməsidir.

İslaminSesi.info xəbər verir ki, İŞİD-in paytaxtı Mosul ötən ilin ortalarında tam olaraq azad edildi. Lakin Mosul azad ediləndə o Stalinqrad tək xarabalığa çevrilmişdi. O zaman İŞİD tarixi Mosul şəhərinin Əski-Mosul rayonunda sıxışdırılmışdı. Terror təşkilatı təslim olmaq istəmirdi. Ona görə bəzən İraq Ordusu hava zərbələrinə əl atırdı. Sonda ötən ilin iyununda şəhər azad edildi.

 

Baxmayaraq ki Mosulda yenidənqurma işlərinə start verilib lakin İraq hərbi mənbələri şəhərin qədimi kvartallarında hələ də dağıntılar altında hər hansısa bir İŞİD-çinin və ya mülki şəxsin cəsədlərinin qaldığını bildirirlər.

 

Qədimi Mosulda yanmış evlərin birində tapılan 80 cəsəd dəhşət saçıb. Amma bu İŞİD-in qurbanları deyil elə terrorçuların özlərinə aid olan cəsədlərdir. Bildirilib ki, onlar kütləvi şəkildə edam ediliblər. Onlar ya İŞİD-in qaçmaq istəyən üzvləridir ki terror təşkilatının özü tərəfindən edam ediliblər ya İraq Ordusunun əlinə keçən terrorçulardır ki, kütləvi şəkildə intiqama məruz qalıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system