8 yaşlı avstraliyalı nəhəng köpək balığını tilovla ovladı – FOTO/VİDEO

Oxundu: 80
8 yaşlı avstraliyalı nəhəng köpək balığını tilovla ovladı – FOTO/VİDEO

Avstraliyada 8 yaşlı Djeyden Millauro 314 kiloqramlıq köpək balığını ovlayaraq dünya rekordunu yeniləyib.

İslaminSesi xəbər verir ki, uşaq köpək balığını tilovla ovlamağa müvəffəq olub.


Məktəbli çəkisinin cəmi 40 kiloqram olmasına baxmayaraq, özündən 8 dəfə ağır olan nəhəng balığı sudan dartıb çıxara bilib.


"Mən qayığın divarına arxalanaraq özümü saxlamağa çalışırdım", - deyə Djeyden bildirib.


Uşaq rəsmi olaraq yeni dünya rekordçusi ola bilər. Dünyada ən böyük köpək balığının tutulması üzrə hazırkı rekordu Yan Hissi əldə edib. O, 1997-ci ildə 312 kiloqamlıq köpək balığını tutub. /Oxu.az/

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system