700-dən artıq suriyalı vətəninə döndü

Oxundu: 66
700-dən artıq suriyalı vətəninə döndü

Son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya 700-dən artıq qaçqın geri dönüb.

İslaminSesi xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzindən məlumat verilib.


"Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 776 qaçqın geri dönüb. Bunlardan 195 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan, 581 nəfəri isə “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb", - deyə məlumatda bildirilir.


Qaçqınların qəbulu mərkəzinin məlumatına əsasən, Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində 2 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib. Həmçinin mütəxəssislər 36 ədəd partlayıcı qurğunu məhv edib./Eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system