NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

70 ildir İraqda qaçqın həyatı sürən fələstinlilərin acı hekayəsi

Oxundu: 352
70 ildir İraqda qaçqın həyatı sürən fələstinlilərin acı hekayəsi

“70 ildir ki, İraqdayıq. Qaçqın olduğumuza görə mülkə sahib olmaq hüququmuz yoxdur. Nə vətənimiz var, nə də vətəndaşlığımız. Heç kimik biz”...

İslaminSesi bildirir ki, ABŞ prezidenti Donald Trampın İsraildəki səfirliyini Qüdsə köçürməsi ümumi dünya səviyyəsində böyük etirazlara səbəb olub. Vətənsiz qalan çox sayda fələstinli hazırda qaçqın vəziyyətində dünyanın müxtəlif yerlərində yaşayır. Onlardan biri də 76 yaşlı İbrahim Mahmuddur. O heç bir zaman vətən dediyi torpaqlara sahib olmadı. Sahiblənməyə çalışdığı bütün torpaqlardan qovuldu. İndi isə üzündəki qırışlarla, ağarmış saçılarla və aradığı haqlarla Ərbil yaxınlığında bir düşərgədə yaşayır. İŞİD-dən qaçanların sığındığı bu düşərgədə məzlum həyatı sürür. 

Seyahat belgesi ve çay

70-ci ildir fələstinlilərə İraqda verilən müvəqqəti pasport

 

“70 ildir ki, İraqdayıq. Qaçqın olduğumuza görə mülkə sahib olmaq hüququmuz yoxdur. Nə vətənimiz var, nə də vətəndaşlığımız. Heç kimik biz”...

 

İbrahimin qaçqınlığı yalnız öz vətəni ilə məhdudlaşmayıb. 2014-cü ildə bu dəfə Mosuldan İŞİD-in əlindən qaçıblar. İbrahim Hayfada doğulub. Əl Nəkba (fəlakət) adlanan o ildə -1948-ci ildə qaçqın düşən 700 min qaçqının içində 7 yaşlı uşaq olub.

 

ibrahim mahmud

Fələstindən qaçqın düşdükdən sonra İraqın Bəsrə şəhərinə gəliblər. 5 il Əl Sahiba hərbi düşərgəsində yaşayıblar. İbrahimin o illəri həyatının ən ağır illəri kimi xatırlayır:”Elə günlər olurdu aç qalırdıq. Ancaq quru çörək tapardıq. Hər ailəyə bir döşək verilmişdi.Kiçik çadırlarda yaşayardıq”

 

Baharka Kampı

 

Gənclər şəhərə iş axtarmağa gedər və fələstinli olduqları üçün daim təhqirlərə məruz qalardılar. İbrahim də evləndikdən sonra 1974-cü ildə azacıq vəziyyətləri düzəlsə də, artıq İbrahm həyatının son günlərini bir düşərgədə başa vurur. Baharka düşərgəsində qaçqın suriyalılarla eyni düşərgəni paylaşan İbrahim dodaqları yalnız bu sözləri pıçıldayır: “Biz fələstinliyik, biz evsizik, biz vətəndaşlığı olmayanlarıq....”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system