67 nömərli marşrut da kart sisteminə keçir

Oxundu: 111
67 nömərli marşrut da kart sisteminə keçir

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

 

İslaminSesi bildirir ki, Agentlikdən Modern.az-a verilən məlumata görə, yanvarın 30-dan 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

 

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Eyni zamanda nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system