NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

66 sərnişini ilə qəzaya uğrayan İran təyyarəsinin qalıqları tapılıb

Oxundu: 367
66 sərnişini ilə qəzaya uğrayan İran təyyarəsinin qalıqları tapılıb

Məlumata görə ötən gün səhər Tehrandan qalxan və 66 sərnişin və ekipaj heyəti olan ATR-72 təyyarəsinin qalıqları Yasuc şəhərinin 40 km-də dağlıq ərazidə tapılıb.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə Gəhkiluiyə və Boir-Əhməd əyalətinin ostandarlığının rəsmisi Müctəba Muradi məlumat verib.

 

Təyyarənin qalıqları Yasucun Dinə və Bidə kəndləri ərazisində qarla örtülü dağlarda görülüb.

 

Hal-hazırda da İranın müvafiq qurumlarının pilotsuz təyyarələri və helikopterləri bölgədə düşən təyyarənin digər qalıqlarını və sərnişinlərin cənazələrini axtarırlar.

 

Güclü qar və havanın soyuq keçməsi həlak olanların cənazələrinin tapılmasında çətinlik yaradıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system