NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

600 kq at əti müsadirə edildi

Oxundu: 126
600 kq at əti müsadirə edildi

Qida təhlükəsizliyi Agentliyi və DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Bərdə rayonunda əməliyyat keçirilib.

 

İslaminSesinin “Qafqazinfo” ya istinadən  əldə etdiyi məlumata görə, əməliyyat zamanı rayon sakini 1987-ci il təvəllüdlü Alim Məmmədov və 1976-cı il təvəllüdlü Teymur Bağırov saxlanılıb. Onların həyətindəki yarımtikilidən 600 kiloqram at əti və 2 ədəd kəsilməkdə olan xəstə at aşkar edilib.

 

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ümumiyyətlə, agentlik tərəfindən qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir. Sözügedən faktla bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı dəqiq və dolğun məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system