NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 43
60 mindən artıq fransız əmək islahatlarına qarşı etiraz aksiyasına çıxıb - Video

60 mindən artıq fransız əmək islahatlarına qarşı etiraz aksiyasına çıxıb - Video

İslaminSesi-nin RİA-ya istinadla verdiyi məlumata görə, Fransada prezident Emmanuel Makronun höküməti tərəfindən edilən əmək islahatları əleyhinə paytaxt Parisin minlərlə sakini dünəndən etibarən etirazlarını bildirmək üçün küçələrə axışıblar.

Ölkənin baş naziri Eduard Filipp tərəfindən irəli sürülərək parlamenti tərəfindən qəbul edilən əmək islahatlarına qarşı ümumilikdə 60 minədək vətəndaş iştirak edib. Etirazlar polislə toqquşmalarla nəticələnib. Polis onlara qarşı gözyaşardıcı qaz və supüskürdən maşınlardan istifadə edib.

 

 

Qeyd edək ki, ölkədə işsizlik orta hesabla 9%, gənclər arasında isə 25 faizdir. Makron  prezidentliyə namizəd olarkən bu vəziyyəti düzəltməyə söz verməsinə baxmayaraq etirazçılar bu dəyişikliklərin onların xeyrinə olmadığını bildiriblər.

 

 

Президент Франции Эммануэль Макрон

 

Parislilərdən başqa, Bordo, Lion, Marsel və digər şəhərlərin sakinləri də etiraz aksiyaları təşkil ediblər. Bütün ölkədə 400-dən artıq nümayiş keçirilib.

 

 

Hazırda aksiyalar başa çatıb.

 

İslahatlar işə həm təcili, həm də müddətsiz qəbul haqqında əmək müqavilələrinə, işdən çıxarılma prosedurlarına aiddir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system