NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 37
60 mindən artıq fransız əmək islahatlarına qarşı etiraz aksiyası keçirib - Video

60 mindən artıq fransız əmək islahatlarına qarşı etiraz aksiyası keçirib - Video

İslaminSesi-nin tvc.ru-ya istinadla verdiyi məlumata görə, Fransada prezident Emmanuel Makronun höküməti tərəfindən edilən əmək islahatları əleyhinə paytaxt Parisin minlərlə sakini dünəndən etibarən etirazlarını bildirmək üçün küçələrə axışıblar.

Təşkilatçıların məlumatına görə, aksiyalarda ümumilikdə 60 minədək vətəndaş iştirak edib. Etirazlar polislə toqquşmalarla nəticələnib. Polis onlara qarşı gözyaşardıcı qaz və supüskürdən maşınlardan istifadə edib.

 

 

Qeyd edək ki, ölkədə işsizlik orta hesabla 9%, gənclər arasında isə 25 faizdir. Makron  prezidentliyə namizəd olarkən bu vəziyyəti düzəltməyə söz verməsinə baxmayaraq etirazçılar bu dəyişikliklərin onların xeyrinə olmadığını bildiriblər. MAkronun ideyası həmkarlar ittifaqlarının hüquqlarının azaldılması və işdən çıxarma prosedurunun asanlaşdırılmasından ibarətdir. 

 

Parisliləri başqa, Bordo, Lion və Marsel sakinləri də etiraz aksiyaları təşkil ediblər. Bütün ölkədə 400dən artıq nümayiş keçirilib.

 

Hazırda aksiyalar dayandırılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system