NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb

Oxundu: 385
5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb

2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

"İslaminSesi.info" Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə"də deyilir.

 

Məruzədə qeyd olunur ki, bütövlükdə ötən il ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

 

Hesabat dövründə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 72 535 bələdiyyə aktı daxil olub. Onlardan 69 775-i (96%) qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır.

 

Bələdiyyələr tərəfindən təmin olunmayan təkliflər üzrə aktların dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 9 iddia qaldırılıb. Onlardan 4-ü məhkəmələr tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system