NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 134
500 manata tapança satan şəxs tutulub - FOTO

500 manata tapança satan şəxs tutulub - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

"İslaminSesi.info" bildirir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə E.Babayev küçəsində Şahin adlı şəxsin 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub. 

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs, Kürdəmir rayon sakini əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “PSM” markalı tapança və içərisində 2 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmirrayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system