NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 384
5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət

5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət

Rusiyada yaşayan əslən azərbaycanlı olan Bəhram adlı şəxs 4 yaşlı uşağı xüsusi amansızlıqla döyüb.

İslaminSesi Minval.info- istinadən  xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində yaşayan 20 yaşlı Bəhram sevgi münasibəti yaşadığı qadının 4 yaşlı qızını kəmərlə zərbələr endirib..

Qızın başında, kürəyində, çiyinlərində yaralar əmələ gəlməsinə səbəb olan Bəhram bildirib ki, qızın anası da bu hadisəyə şahid olub, lakin heç bir addım atmayıb. Bəhramın qıza 15 dəfə kəmərlə zərbə yetirməsinə səbəb isə onun 5-ə qədər saya bilməməsidir.

Körpə qızın vəziyyətini görən qonşu polisə xəbər verdikdən sonra hadisənin üstü açılıb. Qonşunun sözlərinə görə, belə davam edərsə qızın öləcəyindən qorxub.

Hazırda Bəhramı 7 ilə qədər həbs gözləyir. Körpə isə xəstəxanaya yerləşdirilib. Tibb bacısının sözlərinə görə, qız asanlıqla 5-ə qədər saya bilir, ancaq o, çox qorxur və Bəhramın adını eşitdikdə əsməyə başlayır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system