DÜNYA

Oxundu: 85
“450 milyon dollarlıq İsa Məsih rəsm əsərini bu Səudiyyə şahzadəsi alıb”

“450 milyon dollarlıq İsa Məsih rəsm əsərini bu Səudiyyə şahzadəsi alıb”

Tanınmış rəssam Leonardo Davinçinin İsa Məsihin görüntüsünü əks etdirən “Selvador Mondi” (Dünyanın xilaskarı) adlı rəsm əsəri Əbu-Dabiyə gedir ya Səudiyyə şahzadəsinin şəxsi kolleksiyasına?

İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın  New-York Times qəzeti məlumat verib.  

 

New-York Times, tarixin ən bahalı rəsm əsərinin alıcısı haqda dərc etdiyi məqalədə “bilinməyən müştəri” ünvanını açıqlamasını verməyə çalışıb.

 

Mənbə iddia edib ki, Leonardo Davinçinin 450 milyonluq “Selvador Mondi” rəsm əsərinin alıcısı Səudiyyə şahzadəsi Bədr bin Abdullah bin Məhəmməd bin Fərhan Ali-Səuddir.

 

Mənbə Səudiyyədə rəsm əsərlərinin çəkilməsi və istifadəsinin haram olmasına da diqqət çəkib və Səudiyyədə hazırda korrupsiyaya qarşı aparılan mübarizə fonunda vəliəhd Məhəmməd bin Salmanın dostu şahzadə Bədrin müştəri qismində rol oynamasını da ziddiyyətli məqam kimi qiymətləndirib.

 

Qeyd edək ki, “Selvador Mondi” rəsm əsərinin tarixi 500 ildən artıqdır və Davinçinin bu əsəri son zamanlarda New-Yorkda hərracda 450 milyon dollara satılıb.

 

Bəzi mənbələr, bu qiymətli rəsm əsərinin BƏƏ-nin Əbu-Dabi şəhərindəki yeni inşa edilən və ümumilikdə 340 milyon pound xərc aparan dəbdəbəli muzeyə göndəriləcəyini bildirirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system